Qırmızı.az
Bu gün sərhədçilərin bayramıdır
Bu gün Sərhəd Qoşunlarının yarandığı gündür. 18 avqust
1919-cu il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti
ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul
edib.
Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində
Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb.
Sovet dövründə Sərhəd Qoşunları Dövlət Təhlükəsizlik Komitəsinin
strukturu kimi mövcud olub. Azərbaycan müstəqilliyini bərpa edəndən
sonra da sərhəd xidməti bir müddət Milli Təhlükəsizlik Nazirliyinin
tərkibində fəaliyyət göstərib.
Dövlət başçısının 2002-ci il 31 iyul tarixli fərmanı ilə isə Milli
Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin əsasında
Dövlət Sərhəd Xidməti yaradılıb. Həmin fərmanla Dövlət Sərhəd
Xidmətinin rəisi — Sərhəd Qoşunlarının komandanı təyin edilib.
Ölkə prezidentinin 2000-ci il 16 avqust sərəncamı ilə avqustun
18-nin Azərbaycanda Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı
günü kimi qeyd olunması qərara alınıb.
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq