Qırmızı.az
Nazirlik hərəkətə keçdi: Göygölə giriş məhdudlaşdırıldı, “qara siyahı” hazırlandı
Bu gün səhər saatlarında Göygöl ərazisinə əhalinin girişi müvəqqəti dayandırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafının Departamentinin direktoru Vaqif Cavadov Publika.az-a açıqlamasında bunun ərazidə aparılan təmizlik işləri ilə əlaqədar olduğunu deyib: “Bildiyiniz kimi, bir neçə gün əvvəl əraziyə giriş məhdudiyyəti aradan qaldırıldı. Lakin insanlar ərazini elə vəziyyətə saldılar ki, təmizlik üçün bir neçə saatlıq parka giriş məhdudiyyəti qoyulub. Işlər başa çatmaq üzrədir, qısa zamanda giriş yenidən bərpa ediləcək. Bu işlər mütəmadi xarakterli olacaq, həftədə bir dəfə yaxud 10 gündən bir bu cür təmizləmə işləri aparacağıq”.
V.Cavadov onu da bildirib ki, yalnız vaxtaşırı təmizləmə işlərinin aparılması yetərli deyil, əraziyə müşahidə kameraları da yerləşdiriləcək: “Ətrafı zibilləyənlərə daha yaxşı nəzarət edə bilmək üçün xüsusi kameralar yerləşdiriləcək. Həmin şəxslərə qarşı inzibati Xətalar Məcəlləsinə uyğun olaraq sərt cəza tədbirləri həyata keçiriləcək. Cəzalandırılmış şəxslərlə bağlı “qara siyahı” hazırlanacaq. Adı bu siyahıya salınmış şəxslər park ərazisinə buraxılmayacaq. Onların adları ictimaiyyətə açıqlanacaq, Ekologiya və Təbii Sərvətləri Nazirliyinin saytında və parkın giriş hissəsindəki lövhədə yerləşdiriləcək. Bir sözlə, ərazini zibilləyənlərə qarşı cəza tədbirləri sərtləşdirilir”.
Gülxar
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."