Qırmızı.az
Balaxanı yolu istifadəyə verildi – FOTOLAR
Uzun müddətdir təmir olunmayan Balaxanı yolu yeni görkəmdə sürücülərin ixtiyarına verilib.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, yolda nəqliyyat vasitələrinin intensivliyi nəzərə alınaraq təmir işləri gecə saatlarında aparılıb.
Ümumilikdə sözügedən yolun 4 kilometrlik hissəsinin köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb və yolun hərəkət hissəsi yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilib. Daha sonra yola 30 min kvadrat metr yeni asfalt-beton örtüyü döşənib. Nəticədə uzun müddətdir ki, təmir olunmadığı üçün sıradan çıxmış yol tam yeni görkəm alıb. Hazırda nəqliyyat vasitələri rahat şəkildə bu yolda istifadə edə bilirlər.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən təmir işləri Mehdiabad qəsəbəsinin giriş hissəsində də aparılıb. Bu ərazidə də yolun hərəkət hissəsi uzun müddətdir ki, təmir olunmadığı üçün sıradan çıxmış vəziyyətdə idi. Balaxanı və Binəqədi yollarının, Mehdiabad qəsəbəsinə şəhərdən gələn yolun və qəsəbənin daxili yolunun birləşdiyi hissədə 5 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənib. Bununla da sözügedən ərazidə nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkəti təmin olunub.
Gülnar Əliyeva
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi