Qırmızı.az
Batumidəki "Əli və Nino" heykəli dağıdıldı - FOTO/VİDEO

Gürcüstanın Batumi şəhərində azərbaycanlı gənclə gürcü
qızın məhəbbətindən bəhs edən "Əli və Nino" heykəli
dağıdılıb.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın
keçmiş prezidenti, Odessanın qubernatoru Mixail Saakaşvili öz
"Facebook" səhifəsində məlumat yayıb.
“Bu gün Batumidə, Rusiya oliqarxı İvanişvilinin sayəsində Əli və
Ninonun hərəkət edən heykəli dağıdılıb”, - Saakaşvili qeyd
edib.
Qeyd edək ki, 2010-cü ilin sonlarında ucaldılan abidə sevgiyə
həsr edilib. Əvəllər heykəlin adı "Kişi və qadın" olsa da sonradan
"Sevgi" ilə əvəz edilib. Qeyri-adi əsərin müəllifi isə heykəltaraş
Tamara Kvesitadzedir.
Abidə hərəkət edən iki insan heykəlindən ibarətdir. Bütün
konstruksiya metaldan ibarətdir. Abidənin hündürlüyü 7 metrdir
(platformasız). Bir-birindən aralı olan metal konstruksiyalı qadın
və kişi heykəli hər 8-10 dəqiqədən bir birləşir. Heykəllər
spiralvari quruluş sayəsində asanlıqla qovuşaraq bir tam əmələ
gətirirlər.
Heykəlin müəllifinin sözlərinə görə, onun ilham mənbəyi
azərbaycanlı yazıçı Qurban Səidin "Əli və Nino" əsəri olub.
Heykəllər əsərdə bəhs edilən azərbaycanlı Əli adlı gənclə gürcü
qızı Ninonun simvoludur.

-
Avropa17:24
Tramp Zelenskini nəyə məcbur edir? - Qapalı görüşün sensasion detalları
-
Dünya16:42
Rusiya və ABŞ bu məsələdə razılaşdı - TƏCİLİ
-
Magazin116:36
Tolik Röyadan yazdı: “Çuşka yığını...” - VİDEO
-
İKT16:18
Fırıldaqçıların tələsinə düşməmək üçün telefondan bu proqramları silin!
-
Rəsmi xronika16:01
İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış oldu - YENİLƏNDİ
-
Nida Xəbər 15:36
Akif Qurbanov “Toplum TV”nin fəaliyyətinə birbaşa rəhbərlik edib
-
Dünya14:36
"Uşaq masası": Ukrayna danışıqlarında Avropanın yeri - Almaniyadan ŞƏRH
-
İdman12:26
DÇ-2022-nin ən seksual azarkeşi indi də bu şəhəri fəth edir - FOTOLAR