Qırmızı.az
Səlim Müslümov TSEK-in iş şəraiti ilə tanış olub
“Təkcə cari ilin ilk yarımilində ilkin əlillik təyin edilmiş şəxslərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 3600 nəfər, təkrar əlil hesab edilənlərin sayı 3 min nəfər azalıb, tam reabilitasiya 3,2%, hissəvi reabilitasiya isə 2,6% təşkil edib. Bu dövrdə eyni zamanda, ilkin əlillərə müddətsiz əlillik təyin edilməsi halları 11,8%, ilkin olaraq sağlamlıq imkanları məhdud uşaq hesab edilmiş şəxslərin sayı isə 2639 nəfər azalıb”.
Publika.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Tovuz rayonu üzrə 28 saylı Tibbi-Sosial Ekspert Komissiyasının iş şəraiti ilə tanış olarkən deyib.
S.Müslümov bildirib ki, tibbi-sosial ekspertiza xidmətinin yaxşılaşdırılması işlərindən biri kimi, ötən ilin ortalarından etibarən artıq nazirliyin 38 TSEK-indən 27-i yeni iş şəraiti və tibbi avadanlıqlarla təmin edilib. Həmin Komissiyalar əməkdaşların fəaliyyəti, vətəndaşların qəbulu və əlillik müayinələrinin aparılması üçün artıq müasir iş şəraitinə malikdir. Digər tərəfdən, TSEK-lər ƏƏSMN-nin müvafiq region üzrə digər qurumları eyni inzibati binalarda yerləşdirilir ki, bu da nazirliyin aidiyyəti fəaliyyət sahələri üzrə əhaliyə eyni məkandan xidmətlərin göstərilməsinə, fəaliyyətin əlaqəli şəkildə səmərəli təşkilinə yönəlib.
Gülnar Əliyeva
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ