Qırmızı.az
Çaylarda su artıb
Çaylarda suyun səviyyəsi artıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-120, Kiçik Qafqazın çaylarında 80-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-100 faizini təşkil edir.
Avqustun 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 82 m3/s olmaqla ongünlük normanın 67 faizini təşkil edir. 2014-cü ildə bu rəqəm 85 m3/s olmaqla ongünlük normanın 70 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 13 m3/s olmaqla ongünlük normanın 19 faizini təşkil edir. 2014-cü ildə bu rəqəm 17 m3/s olmaqla ongünlük normanın 25 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2 sm, Salyanda 3 sm, Araz çayının Novruzlu məntəqəsində 7 sm artım, Surrada 1 sm, Bankədə isə 10 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 335 sm (2014-cü il avqustun 24-də 301 sm), Şirvanda 183 sm (2014-cü il avqustun 24-də 136 sm), Salyanda 119 sm (2014-cü il avqustun 24-də 65 sm), Bankədə 165 sm (2014-cü il avqustun 24-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 65 sm (2014-cü il avqustun 24-də 14 sm) təşkil edir.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi