Qırmızı.az
“Bələdiyyələr Prezidentin tənqidindən nəticə çıxarıblar” - FOTOLAR
Bu gün Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin, Nəsimi bələdiyyəsinin, “Bələdiyyə həyatı” qəzetinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) təşkilatçılığı ilə “Əmlak vergisi: yeniliklər və problemlərin həlli yolları” mövzusunda seminar keçirilib.
Publika.az-ın məlumatına görə, seminarın keçirilməsində əsas məqsəd əmlak vergisinin yığımı ilə bağlı Vergi Məcəlləsinə edilən dəyişikliklər ətrafında fikir mübadiləsi etmək, bu istiqamətdə tətbiq edilən yeniliklər barədə məlumat vermək, təcrübə mübadiləsi və mövcud problemlərdən çıxış yollarını müəyyən etməkdir.
Tədbirdə çıxış edən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə Azərbaycanda mərkəzdənqaçma siyasətinin və yerli özünüidarəetmənin təkmilləşdirilməsinin başlıca istiqamətlərinə toxunaraq bələdiyyələrin Prezident İlham Əliyevin may ayındakı sərt tənqidindən tədricən nəticə çıxardıqlarını dilə gətirib. O qeyd edib ki, Azərbaycanda yerli özünüidarəetmənin inkişafını təmin etmək üçün strateji məqsədlər müəyyənləşdirilməli, yerli özünüidarəetmənin gələcək inkişafının başlıca məqsədləri insan potensialının artırılmasına və hər bir bələdiyyə qurumunda əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilməlidir:
“Bu gün bələdiyyələrin qarşılaşdığı problemlərin həllinə diqqətlə yanaşılmalı və onların sürətlə həllinə çalışmaq lazımdır. Bu problemlərdən biri də bələdiyyələrin əmlak vergisylə bağlıdır. Qeyd edilməlidir ki, bu istiqamətdə müntəzəm olaraq addımlar atılır və yeniliklər tətbiq edilir və təcrübə qazanılır. Nəsimi bələdiyyəsinin qazandığı təcrübə, tətbiq etdiyi yenilik əmlak vergisinin yığımında bu sahədə mövcud olan problemlərin həllində çıxış yollarından biri kimi qəbul etmək olar”.
Nəsimi bələdiyyyəsinin sədri Nazim Qaraxanov çıxışında əmlak vergisinin yığımında bələdiyyənin qarşılaşdığı problemlərə toxunaraq, bu məqsədlə bələdiyyə tərəfindən yeni layihələrin həyata keçirildiyini qeyd edib. Sədrin sözlərinə görə, ilk olaraq bələdiyyənin internet resursu təkmilləşdirilib və əmlak vergisinin ödənişini həyata keçirmək üçün onlayn ödəmə həyata keçirilib.
Tədbirdə mövzu ətrafında Milli Məclisin Regional məsələlər Daimi Komitəsinin sədri Arif Rəhimzadə, Milli Məclis üzvləri, bələdiyyə sədrləri, QHT təmsilçiləri çıxış edərək digər bələdiyyələrin də bu sistemi tətbiq etməsinin zəruriliyini vurğulayıblar.
Vasif Həsənli
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq