Qırmızı.az
Nazirlik oğlanlar üçün ailə tipli qrup evləri tikir
2015-2016-cı tədris ilinin başlanğıcında bir sıra təhsil obyektlərinin tikintisi və təmiri başa çatdırılacaq, eyni zamanda yenilərinin təməli qoyulacaq.
Bu barədə Publika.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Belə ki, yeni təhsil müəssisələrinin tikintisi əsasən bölgələri
əhatə edir. Təmir-tikinti qrafikinə uyğun olaraq, sentyabr və
oktyabrda Gədəbəydə Moruxlu, Bərdədə Türkmənkənd, Kürdəmirdə
Atakişili, Şəkidə Qaratorpaq, Lerikdə Anbu, Zaqatalada Yengiyan,
Şamaxıda Şərədil, Astarada Artupa və Sım, Cəlilabadda İncilli,
Qubada Əspərasti və Məckə-Xacə kənd tam orta məktəblərinin
tikintisinin başa çatdırılması və təhvil verilməsi nəzərdə tutulub.
Bunlarla yanaşı, Şəmkir şəhərində Nizami Gəncəvi adına məktəbin,
Lənkəranda oğlanlar üçün ailə tipli kiçik qrup evlərinin tikintisi
yekunlaşdırılacaq, Qəbələdə peşə məktəbinin təməli qoyulacaq.
Yeni tədris ili ərəfəsində əsaslı təmir olunmuş bir sıra təhsil
müəssisələri də müəllim və şagirdlərin istifadəsinə veriləcək. Belə
ki, Balakən rayonu Ümumi orta internat məktəbinin, Bakı Dövlət
İqtisadiyyat və Humanitar Kollecinin tədris binasının, İ.M.Seçenov
adına Birinci Moskva Tibb Universitetinin tədris korpusunun, Bakı
Texniki Kollecinin, Bakı Rabitə və Nəqliyyat Kollecinin,
Kimya-biologiya təmayüllü Respublika liseyinin, Bakı şəhəri Xəzər
rayonu valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli
ümumi orta internat məktəbin əsaslı təmiri artıq yekunlaşıb.
Təhsil Nazirliyi Sabirabad 5 nömrəli tam orta məktəbin texnologiya
müəllimi Əhliman Hüseynovun ailəsi üçün tikilmiş evi də sentyabrda
təhvil verəcək.
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?