ATV və “Space”in zibillikdə yaşayan keçmiş əməkdaşına ev verildi
Bizi izləyin

Qırmızı.az

ATV və “Space”in zibillikdə yaşayan keçmiş əməkdaşına ev verildi

Publika.az bir neçə gün əvvəl Əvəz Əsgərov adlı gəncin Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsindəki zibillikdə köhnə taxtalardan qurulmuş, qaranlıq, rütubətli balaca komada yaşaması haqda geniş yazı dərc etmişdi.

Xəbər vermişdik ki, 1 yaşında ikən ata, 11 yaşında isə ana qayğısından məhrum olan 22 yaşlı gənc hazırda işığı, qazı, suyu olmayan daxmada yaşayır. Məqalədən sonra xeyli insan redaksiyamıza və yazı müəllifinə müraciət edərək Əvəz Ələsgərova kömək etmək istədiyini bildirmişdi.

Bu gün əldə etdiyimiz məlumata görə, artıq bir neçə şəxs Əvəz Əsgərovun üzləşdiyi problemlərlə maraqlanıb. Onlardan bəzilərinin, habelə Əvəzi tanıyanların maddi dəstəyi sayəsində zibillikdə yaşayan gənc müvəqqəti mənzilə köçüb. Mərhəmətli insanlar ona digər zəruri köməklik göstərəcəklərini, sənəd və iş problemini həll edəcəklərini vəd ediblər.

Məqaləni bu linkdən (http://publika.az/p/106256) oxuya bilərsiniz.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm