Qırmızı.az
Azərbaycanda akademik vəfat etdi
Akademik Asəf Nadirov vəfat edib.
Asəf Nadirov bu gün səhər saatlarında Bakıdakı
özəl klinikalardan birində dünyasını dəyişib.
Qeyd edək ki, Asəf Abbasqulu oğlu Nadirov 1929-cu
il martın 13-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun
Cəlilkənd kəndində anadan olub.
1951-ci ildə Azərbaycan Dövlət Universitetinin
iqtisadçı-coğrafiya ixtisasını bitirmişdir. 1968-ci ildə iqtisadi
elmlər doktoru, 1970-ci ildə isə professor elmi dərəcəsinə
yüksəlib. 1980-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə həqiqi
üzvü seçilib.
AMEA-nın İqtisadiyyat İnstitutunda şöbə
müdiri(1958-1964), elmi işlər üzrə direktor müavini(1964-1981),
AMEA Rəyasət Heyətinin baş elmi katibi və
akademik-katibi(1981-1997), AMEA-nın Rəyasət Heyətinin üzvü
vəzifəsində çalışıb.
2003-cü ildən Azərbaycan Respublikası Prezidenti
yanında Ali Attestasiya Komitəsinin Rəyasət Heyətinin
üzvüdür.
Asəf Nadirovun rəhbərliyi ilə 6 nəfər doktor və 60
nəfərdən artıq namizədlik dissertasiyası müdafiə edib.
Mərhum akademik Azərbaycan Respublikasının ali
mükafatları "Şərəf" (2009) və "Şöhrət" (2004) ordeni təltif
olunub./apa
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir
-
İKT09:00
Bill Qeyts "Microsoft"da gizli işlə məşğuldur - Məlumat SIZDIRILDI
-
MDB08:00
Rusiyada səma çəhrayı rəngə boyandı - FOTO/VİDEO
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı