Qırmızı.az
ƏƏSMN: “Formal şəkildə əmək müqavilələrinin bağlanması hallarına son qoyulacaq”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Bakının Xəzər rayonunda “Əmək müqavilələri: bu günün tələbi, sabahın təminatı” adlı konfrans keçirilib.
Publika.Az-ın məlumatına görə, Bakı şəhərində fəaliyyət göstərən 120-dək işəgötürənin nümayəndəsinin iştirakı ilə keçirilən konfransda məqsəd vətəndaşların əmək hüquqlarının etibarlı müdafiəsi mexanizminin qurulması sahəsində aparılan islahat tədbirləri barədə əmək fəaliyyəti ilə məşğul olan əhalinin geniş məlumatlandırılması, bu mövzuda onların suallarının cavablandırılması və birgə fikir mübadilələrinin aparılması olub.
Konfransda çıxış edən Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə Əmək Məcəlləsində dəyişikliklər edilməsi ilə bağlı qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanının icrası ilə əlaqədar görülən işlər barədə məlumat verib:
“Aparılan islahatların mühüm tərkib hissəsi kimi, əmək müqaviləsi bildirişlərinin elektron hökumət portalı üzərindən elektron informasiya sisteminə (EİS) daxil edilərək qeydiyyata alınması mexanizmi ölkəmizdə əmək münasibətlərinin rəsmiləşdirilməsi sisteminin müasir tələblərə uyğun olaraq təkmilləşdirilməsinə xidmət edir. Bu o deməkdir ki, formal şəkildə əmək müqavilələrinin bağlanması hallarına artıq son qoyulacaq. Bağlanan hər bir əmək müqaviləsi bildirişi EİS-də qeydiyyata alınmaqla tam hüquqi sənəd olacaq və vətəndaşların əmək hüquqlarının müdafiəsi, onların gələcək sosial təminatı üçün vacib hüquqi əsas yaradacaq”.
F.Əlizadə EİS-in proqram təminatının artıq hazırlandığını və sistemin yaxın vaxtlarda tətbiqinə başlanacağını qeyd edib və bildirib ki, bu sahədə aparılan avtomatlaşdırma işləri, işçilər barədə məlumatların elektron bazasının yaradılması əmək kitabçalarının da tədricən bir hüquqi sənəd kimi ortadan qalxmasına səbəb olacaq.
“Aparılan islahatlar birbaşa olaraq işəgötürənlər qarşısında müəyyən öhdəliklər qoyur. İlk növbədə isə hər bir işəgötürən EİS-dən istifadə ilə bağlı müəyyən texniki imkanlara yiyələnməlidir. Ona görə də işəgötürənlər arasında müvafiq məlumatlandırma işlərinin aparılması, tətbiq olunan yeniliklər barədə onlarda aydın təsəvvürlərin formalaşdırılması, həmçinin onların bu proseslərdə fəal iştirakının təşviq olunması əsas məqsədlərdən biridir” - deyə bildirən F.Əlizadə işəgötürənlərlə birgə keçirilən belə tədbirlərin digər bölgələrdə də təşkil olunmasının nəzərdə tutulduğunu qeyd edib.
Konfransda əmək müqaviləsi bildirişinin EİS-də qeydiyyata alınması qaydası nümunə olaraq əyani şəkildə nümayiş etdirilib. Tədbirdə işəgötürənlərin mövzu ilə bağlı fikirləri dinlənilib, Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssisləri tərəfindən onların sualları cavablandırılıb.
Publika.Az
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı