Aydın Əliyev Qaxda qəbul keçirəcək
Bizi izləyin

Qırmızı.az

Aydın Əliyev Qaxda qəbul keçirəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev sentyabrın 23-də saat 10:00-da Qax şəhərindəki Heydər Əliyev Mərkəzində (Nərimam Nərimanov küç. 4) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Publika.az xəbər verir ki, qəbul zamanı bölgədə yerləşən rayonların - Qax, Zaqatala, Balakən rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar sentyabrın 22-i saat 10:00-dək “192” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Balakən Gömrük İdarəsi (əlaqə telefonu: (024) 295-18-39) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm