Qırmızı.az
Şeyxdən Azərbaycan xalqına Qurban bayramı təbriki
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
QMİ-dən Publika.az-a verilən məlumata görə, mübarək Qurban bayramı münasibətilə hamını səmimi qəlbdən təbrik edən, Allah rizası üçün kəsilən qurbanların, dua və ibadətlərin Haqq dərgahında qəbul olunmasını diləyən Şeyxülislam Allahşükür Paşazadə müqəddəs Qurban bayramının əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət etdiyini bildirib.
Bu münəvvər gündə Şeyxülislam olaraq bütün dualarım Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahı üçün olduğunu deyib: “Bizim ən böyük arzumuz və duamız doğma Qarabağ torpaqlarımızın azadlığıdır. Bu əziz gündə müstəqilliyimiz uğrunda, Vətən yolunda şəhid olmuş oğul və qızlarımızın ruhlarına rəhmət diləyirik.
Valideynlər, doğmalarla yanaşı qaçqın, köçkün, kimsəsiz soydaşlarımıza bu mübarək bayramı hamı ilə birgə könül xoşluğu ilə keçirmək imkanı yaratmaq, onun sevincini ehtiyacı olanlarla paylaşmaq Allaha xoş gedən savab əməllərdəndir.
Bu əziz günlərdə Azərbaycan xalqına xeyir-dualarımı yetirir, Uca Allahın Nəzərinin üzərimizdə hər zaman bərqərar olmasını diləyirəm. Qoy həmvətənlərimin evlərində səadət, əmin-amanlıq hökm sürsün, ruziləri bol, imanları kamil olsun! Qoy müsəlman ümmətinin böyük sevinc bayramı olan Qurban bayramında Allah-Təala qurbanlarımızı və dualarımızı qəbul etsin! Amin!”
-
Region01:10
Helikopter qəzasında yalnız o sağ qalıbmış: 1 saat ərzində...
-
Magazin200:50
Bu, yarıçılpaqlıq və ya "kim daha gözəldir?" yarışı deyil - Türk aktrisalar tənqid edildi
-
Qoroskop00:31
Günün qoroskopu: yaşamınızda yeni mövzu və məqsəd yaranır
-
Magazin120 May 23:04
Roza Zərgərli bu FOTOlarla gündəmə gəldi
-
Region20 May 22:00
Türkiyədə matəm elan edildi
-
Region20 May 21:40
Rəisinin dəfn mərasimi bu şəhərdə keçiriləcək: tarix dəqiqləşdi - YENİLƏNDİ
-
Magazin120 May 20:50
Xalq artisti rəqqasələri topa tutdu: Pula görə özlərini alçaldırlar
-
Region20 May 20:25
İranda prezident seçkilərinin keçiriləcəyi tarix AÇIQLANDI