Bu yol 3 gün bağlı olacaq
Bizi izləyin

Nəqliyyat

Bu yol 3 gün bağlı olacaq

Mayın 21-i saat 02:00-dan mayın 24-ü saat 22:00-dək Bakı şəhərinin Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində (Akademik Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospekti istiqamətində) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Publika.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən hissədə yol hərəkəti qaydalarına riayət etmələri və avtonəqliyyat vasitələrini ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun idarə etmələri xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm