Qırmızı.az
Beynəlxalq sülh günü Azərbaycan Texnologiya Universitetində qeyd olunub - FOTOLAR
Azərbaycan Texnologiya Universitetində Beynəlxalq sülh günü ilə bağlı tədbir keçirilib. Akt zalında keçirilən görüşdə əvvəlcə Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Publika.az xəbər verir ki, daha sonra çıxış edən universitetin rektoru, professor A.Süleymanov deyib ki, bu gün dünyanın ən çox ehtiyac duyduğu şey sülhdür:
"Tarixdə indiyədək 14 min müharibə baş verib ki, bunun da nəticəsində 3,5 milyard insan həlak olub. Dünya bu gün də ədalətsiz savaşlardan əziyyət çəkir. Yer kürəsindəki bütün acları doyurmağa 30 milyard dollar pul lazım olduğu halda hər il bundan da artıq vəsait müharibələrə xərclənir. İkinci dünya müharibəsinin başa çatmasından bu yana silahların susduğu cəmi 26 gün olub. Bu isə sülhə ehtiyacın nə qədər böyük olduğunu bir daha ortaya qoyur. Azərbaycan 20 ildən artıqdır ki, müharibədən əziyyət çəkir, bir milyondan artıq qaçqın və məcburi köçkünümüz var. Buna baxmayaraq biz sülhsevərlik baxımından dünyaya nümunə ola biləcək ölkəyik. İstər 1994-cü ildə ümummilli liderimiz Heydər Əliyevin atəşkəsin əldə olunması üçün ortaya qoyduğu siyasi iradə, istərsə də Prezident İlham Əliyevin torpaqlarımızın azad olunması üçün sülh yoluna sadiqliyi bunun ən bariz sübutudur".
Professor A.Süleymanov "Sülh istəyirsənsə müharibəyə hazır ol" məsələni də xatırladaraq deyib ki, Azərbaycan lazım gələrsə işğal altında olan torpaqlarımızı hərbi güc yolu ilə də azad etməyə qadirdir.
Sonra çıxış edən müəllim və tələbələr Beynəlxalq sülh gününün tarixindən danışıb. Qeyd olunub ki, sülh günü 21 sentyabr 1981-ci ildə BMT-nin qərarı ilə təsis olunub. Hər ilin bu günü saat 12-də Nyu Yorkda təşkilatın mənzil qərargahında 60 min insanın köməyi ilə hazırlanan nəhəng sülh zəngi çalınır və atəşsiz 24 saat elan olunur.
Tədbriin sonunda universitetin giriş qapısı önündə sülhün rəmzi olan göyərçinlər rektor, müəllim və tələbələrin iştirakı ilə səmaya buraxılıb.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi