Gecə qeybə çəkilən avtobuslar - VİDEO
Bizi izləyin

Qırmızı.az

Gecə qeybə çəkilən avtobuslar - VİDEO

Paytaxt sakinləri saat 22:00-dan sonra ünvan başına getməkdə çətinlik çəkirlər. Buna səbəb bir çox marşrut avtobuslarının bu saatdan sonra işləməməsidir. Paytaxt sakinləri bildirirlər ki, bəzən saatlarla gözləmələrinə baxmayaraq, heç bir marşrut avtobusu gəlmir. Bu isə onları əziyyətə və əlavə xərcə salır.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin sözçüsü Şəfa Mehmanqızı "Xəzər Xəbər"ə açıqlamasında bildirdi ki, Bakıda istənilən xətt üzrə marşrut avtobuslarının fəaliyyətinin gecə saat 12-dən tez dayandırılması qanuna ziddir. Belə hallara yol verən marşrut sahibləri ciddi şəkildə cəzalandırılacaqlar. O, vətəndaşlardan xahiş edib ki, gecə saat 12-dək işləməyən avtobus gördükdə 141 nömrəli "Qaynar xətt"ə zəng etsinlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm