Zakir Həsənov Aİ nümayəndəsinə xəbərdarlıq etdi: Azərbaycasn Ordusu...
Bizi izləyin

Qırmızı.az

Zakir Həsənov Aİ nümayəndəsinə xəbərdarlıq etdi: Azərbaycasn Ordusu...

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Publika.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərinin 20 ildən artıqdır ki, erməni işğalı altında olduğunu, bunun nəticəsində bir milyondan çox insanın doğma yurd-yuvasından didərgin düşdüyünü, qarşı tərəfin cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə qoşunların təmas xəttinə yaxın kəndləri, dinc sakinləri atəşə tutması faktlarını qonaqların diqqətinə çatdırıb.

“Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxması ilə bağlı BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. Ermənistan hakimiyyəti isə uzun illərdir beynəlxalq ictimaiyyətin haqlı tələbinə məhəl qoymur və mövcud “status-kvo”nu saxlamaqda maraqlıdır. Silahlı Qüvvələrimiz Ali Baş Komandanın söylədiyi kimi, ərazilərimizin işğal altında saxlanılması faktı ilə heç vaxt barışmayacaq və torpaqlarımızın azad edilməsi kimi müqəddəs vəzifəni yerinə yetitəcək”, - nazir bildirib.

Görüşdə regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm