Yenə də yağış yağacaq, şimşək çaxacaq
Bizi izləyin

Qırmızı.az

Yenə də yağış yağacaq, şimşək çaxacaq

Sabah Azərbaycanın bəzi yerlərində yenidən şimşək çaxacaq, yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, oktyabrın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Axşam bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əcəcək. Havanın temperaturu gecə 15-19, gündüz 22-27 dərəcə isti olacaq.

Oktyanrın 7-də Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 7-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi axşam mülayim qərb küləyi ilə əvəz oluncaq.

Havanın temperaturu gecə 12-17, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm