Nazir müavini: “Bu il 11 universitet SABAH qruplarının üzvü olub”
Bizi izləyin

Qırmızı.az

Nazir müavini: “Bu il 11 universitet SABAH qruplarının üzvü olub”

ldən-ilə tələbələr arasında SABAH qruplarına maraq artır. Əgər ötən il bu qrupun iştirakçılarının sayı 755 nəfər idisə, bu il bu rəqəm 1689 olub. Ötən il bu qruplara 7 universitet qatılmışdısa, bu il onların sayı 11 olub.

Publika.az xəbər verir ki, bu sözləri təhsil nazirinin müavini Ceyhun Bayramov bu gün keçirilən 9-cu Təhsil və karyera sərgisində çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, tələbələrin məmnuniyyəti və mütəxəssislərin rəyi, həmçinin xarici tərəfdaşların bu layihə barəsində rəyi və bu qruplara olan maraq layihənin uğurlu olduğunu göstərir . Belə sərgilərin təhsilin inkişafına böyük dəstək olduğunu vurğulayan nazir müavini bu il ilk dəfə olaraq sərgidə 136 yerli və beynəlxalq şirkətin iştirak etdiyini bildirib:

“Hər bir cəmiyyətin potensialı onun yüksək səviyyəli kadrlarının və mütəxəssislərinin hazırlanması olduğu kimi, hər bir gəncin karyerası da məhz təhsillə bağlıdır. Belə təbirlər Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsi, yeni idarəetmə modellərinin tətbiqi, tələbələrin işəgötürüənlərlə əməkdaşlığı baxımından müstəsna əhəmiyyətə malikdir. Azərbaycan dövləti hər zaman olduğu kimi son illərdə təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin genişləndirilməsi, tələbələr üçün ən yüksək səviyyəli standartlara uyğun təhsil imkanlarının yaradılması istiqamətində davamlı işlər görür”.

Nazir müavini həmçinin ötənilki təhsil və karyera sərgisindən sonra nazirlik tərəfindən görülən işlər barəsində də danışıb:

“2015-ci ilin may ayında Rusiyanın Seçenov adına Birinci Moskva Tibb Universitetinin Bakıda filialının açılması ilə bağlı ölkə başçısı sərəncam imzalayıb. Qısa müddətə təşkilatçılıq işləri yekunlaşıb və filial fəaliyyətə başlayıb. Bundan başqa, bir sıra ali məktəblər xarici ölkələrin qabaqcıl təhsil müəssisələri ilə əməkdaşlığa başlayıb”.

Daha sonra çıxış edən “Caspian Event Organization” şirkətinin rəhbəri Fərid Məmmədov sərginin yaxşı təhsil və karyera qurmaq istəyənlər üçün fürsət olduğunu deyib. Təhsil Nazirliyinin sərgiyə göstərdiyi dəstəyə görə C.Bayramova sertifikat təqdim edib.

Qeyd edək ki, bu gündən Bakıda “Ekspo Mərkəzdə” 9-cu “Təhsil və Karyera” sərgisi işə başlayır. Sərgi oktyabrın 11-nə kimi davam edəcək. Sərgidə ali təhsil müəssisələri və bir sıra xarici təşkilatlar, şirkətlər təmsil olunur.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm