Azərbaycanda Peşə Təhsili Dövlət Agentliyi yaradılacaq
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda Peşə Təhsili Dövlət Agentliyi yaradılacaq

Azərbaycanda Peşə Təhsili Dövlət Agentliyi yaradıla bilər.

Publika.az xəbər verir ki, bu barədə təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin prezident İlham Əliyevin iştirakı ilə keçirilən iclasında deyib.

Nazir bildirib ki, Təhsil Nazirliyi əlavə ştatlar tələb olunmadan daxili ixtisarlar hesabına peşə təhsili sisteminin yenidən qurulması və işəgötürənlərin tələblərinə cavab verən, əmək bazarında dəyişən şəraitə çevik və adekvat təklif verməyə qadir ilk-peşə ixtisas proqramlarının işlənib hazırlanmasında maraqlıdır. Bunun üçün də belə agentliyin yaradılması təklifini irəli sürüb.

“Hesab edirik ki, gənclərin tələbat olan işçi ixtisaslarına yiyələnməsi üçün yeni mexanizmlər axtarılıb tapılmalıdır. Bununla yanaşı, ümumi təhsil müəssisələrində IX sinfin yekununda yüksək akademik nailiyyətlər əldə etməyən şagirdlər üçün peşəyönümlü siniflərin yaradılması konsepsiyası üzərində işə başlanılıb”, - deyə nazir əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm