Qırmızı.az
Sabah Bakıda yağış yağacaq

Sabah Bakı və Abşeron yarımadasında yağış yağacağı gözlənilir.
Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.
Oktyabrın 23-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı ehtimalı var. Gündüz dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 16-19, Bakıda gecə 12-14, gündüz 16-18 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman, çiskin olacaq. Şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-14, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.

-
Ekologiya11:55
Sabah hava necə olacaq?
-
Magazin111:03
Bülent Ersoyun inanılmaz dəyişimi - VİDEO
-
Magazin210:49
Məşhur aktyor faciəvi şəkildə öldü - FOTO
-
Nəqliyyat10:35
Bakı-Moskva təyyarəsində texniki problem aradan qaldırıldı - YENİLƏNDİ
-
MDB10:00
Kadırov AÇIQLADI: Donbasa yeni könüllülər qrupu yollandı - VİDEO
-
Sosial09:49
Bakının bu rayonunda SU OLMAYACAQ
-
Avropa09:31
Ukrayna ordusu rusların iki sursat anbarını KÜLƏ ÇEVİRDİ
-
Ekologiya07:17
Bu gün havanın hərarəti 41 dərəcəyə yüksələcək