Bakı-Sumqayıt yolundakı təhlükə FOTOLARDA
Bizi izləyin

Qırmızı.az

Bakı-Sumqayıt yolundakı təhlükə FOTOLARDA

Oktyabrın 11-də Bakı-Sumqayıt yolunda baş verən sürüşmə gündən-günə təhlükəli həddə çatır. Sürüşmə nəticəsində yolun Bakı Beynəlxalq Avtovağzalın qarşısından keçən hissəsində çökmə və oturma müşahidə edilir.

Publika.az xəbər verir ki, artıq yolun avtomobillər hərəkət edən hissəsində çökmə baş verib. Bu da yolda hərəkət edən nəqliyyat vasitələri və dolayısı ilə sərnişinlərin həyatı üçün təhlükəli vəziyyət yaradıb. Artıq avtovağzalın 3 istinad divarı da zədələnib. Hər gün yağan yağışlar ərazidə çökməni aktivləşdirir.

Publika.az-ın əməkdaşı sözügedən ərazidə olub. Yoldakı son vəziyyətlə bağlı şəkilləri oxuculara təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm