Yol polisindən taksi sürücülərinə XƏBƏRDARLIQ
Bizi izləyin

Qırmızı.az

Yol polisindən taksi sürücülərinə XƏBƏRDARLIQ

Hazırda lisenziya ilə bağlı prosedur hazırlanır. Yol polisi olaraq bildiririk ki, taksi fəaliyyəti ilə məşğul olanlar özlərini, avtomobillərini və müvafiq sənədlərini indidən hazırlasınlar.

Bunu Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov deyib.

Bölmə rəisi bildirib ki, paytaxtda taksi fəaliyyəti ilə məşğul olan hər hansı sürücüyə lisenziyaya görə inzibati protokol tərtib olunmayıb.

Onun sözlərinə görə, sürücülər yeni qaydalar təsdiqlənib yayılandan sonra müvafiq qaydada müraciət edib lisenziya alsınlar: “Əks halda, yol polisi lisenziyasız fəaliyyət göstərən taksi sürücülərini cərimə edəcək”.

Xatırladaq ki, Prezidentin 14 oktyabr 2015-ci il tarixli Fərmanı ilə Nəqliyyat Nazirliyinin inzibati xətalara baxmaqla bağlı xeyli səlahiyyətləri alınaraq Dövlət Yol Polisinə verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm