Qırmızı.az
Azərbaycanla Türkiyə Elmlər Akademiyaları arasında anlaşma memorandumu imzalanıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti, professor Əhməd Cavad Acarla görüşüb.
AMEA-nın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə Əhməd Cavad Acar səmimi münasibətə görə AMEA-nın prezidentinə təşəkkürünü bildirib və rəhbərlik etdiyi qurumla bağlı bəzi məlumatları diqqətə çatdırıb.
Görüşdə Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkiyə Elmlər Akademiyası arasında anlaşma memorandumu imzalanıb. Sənədə əsasən, elmi-texnoloji əməkdaşlıq sahəsində möhkəm əlaqələr qurmaq üçün birgə simpozium, konfrans və müxtəlif tədbirlər təşkil etmək, kadr və təcrübə mübadiləsi aparmaq nəzərdə tutulur.
Memorandumda təcrübədən yararlanmağa cəlb olunan elm adamlarının araşdırmaları ilə fərqlənən alimlər sırasından seçilməsi və təcrübə mübadiləsinin Türkiyə və Azərbaycanda fəaliyyət göstərən elm mərkəzlərinin inkişafına töhfə verməsi ilə bağlı müddəalar öz əksini tapıb.
Müqaviləyə əsasən, tərəflər elmi və texnoloji siyasət sahəsindəki inkişaf, təşkil olunan tədbirlər, müxtəlif tipli elmi nəşr və informasiyalar barədə bir-birlərini qarşılıqlı məlumatlandıracaq.
-
İdman14:54Millimizin üzvü Almaniya klubunda
-
MDB14:15Rusiyanın ən böyük zavodlarından biri Ukraynanı dəstəklədiyi üçün satışa çıxarıldı
-
Region14:05İranda dəhşət: Qadını küçədə elə hala saldılar ki... - VİDEO
-
Magazin213:50"Şmatko" görmə qabiliyyətini itirib?
-
ABŞ13:34Dünya bundan danışır: Saniyələr ərzində dondu – VİDEO
-
Maraq dünyası11:46Buzlu suyun altında 20 saat qalan kişi sağ tapıldı
-
Nəqliyyat11:30Bir mübahisə, onlarla zərərçəkən: Sürücü pul yığmalıdır, yoxsa...
-
İdman10:33Advokat ona niyə "türk əclaf" deyib?

































