Nazir müavini: “Ekoloji problemlər Azərbaycanda da aktualdır”
Bizi izləyin

Qırmızı.az

Nazir müavini: “Ekoloji problemlər Azərbaycanda da aktualdır”

“Bu gün ətraf mühit, ekoloji problemlər dünyanı narahat edən məsələdir. Bu Azərbaycan üçün də aktualdır”.

Publika.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev “Xəzər: ətraf mühit üçün texnologiyalar” 6-cı Azərbaycan Beynəlxalq Ətraf mühit sərgisi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu problemlərin həlli üçün Azərbaycan dünya təcrübəsindən daim yararlanır.

“2010-cu ildə ölkədə ekologiya ili elan edilməsindən başlayaraq ərtaf mühitin mühafizəsində qabaqcıl texnologiyaların tətbiq edilməsi, əhalinin içməli su ilə təminatı, suyun təmizlənməsi məsələsi gündəmdə olub. İnsanın uzun ömürlülüyünü təmin etməyin əsas şərtlərindən biri təmiz sudur. Əvvəllər Kür və Arazın suyundan istifadə edən yarım milyon insan dünya standartlarına uyğun su ilə təmin edilib. Bu da çox mühüm addım hesab edilir. Ümumiyyətlə, bu cür sərgilər yeni texnologioyanın öyrənilməsi baxımdan önəmli rol oynayır”.

“CEO” şirkətinin rəhbəri Edvard Stroon bu tədbirin Qafqaz regionları üçün vacib olduğunu deyib.

“Bu dəfə tədbirdə 10 ölkədən 35 şirkət iştirak edəcək. Almaniya, Rusiya, İsveç və digər ölkələrin qabaqcıl şirkətləri təmsil ediləcək. İlk dəfə olaraq bu sərgidə 3 nazirlik təmsil olunacaq. Sərgidə iştirak edənlərin 50%-i ilk dəfədir ki, sərgiyə qatılır.Bu da sərginin iştirakçılar üçün çox maraqlı olacağını göstərir. “СТЕ 2015” sərgisi Azərbaycan, Almaniya, Çexiya, Rusiya, Türkiyə, İsveçrə və digər ölkələrdən olan şirkətləri bir araya toplayacaq. Ətraf mühit sərgisində ardıcıl olaraq ikinci il iştirak edən Çexiya milli stendi isə 7 şirkəti təqdim edəcək.Bu il keçiriləcək sərginin debütantları arasında İsveçrə, Çexiya və Rusiya şirkətləri yer alır. Rusiya Federasiyasının Tümen vilayətinin ticarət-sənaye palatasının stendində üç Rusiya şirkətinin ekspozisiyası təqdim olunacaq. Sərginin debütantları tullantıların utilizasiyası və emalı üzrə avadanlıqlar, sutəmizləmə sistemləri və bir sıra digər məhsulları təqdim edəcəklər.”.

“CTE" sərgisinin meneceri Jalə Məmmədova 10 ölkədən müxtəlif şirkətlərin iştirak edəcəyini bildirib:

“Bu il də Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun sturuktur bölmələri sərgidə fəal iştirak edirlər. Sərgidə Ekologiya və Təbii Sərvətləri, Fövqəladə Hallar nazirlikləri, “Təmiz Şəhər” ASC və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC kimi dövlət strukturları, eləcə də ilk dəfə olaraq, Təhsil Nazirliyi iştirak edir. Sərgidə şirkətlər sutəmizləyici qurğular, neft təmizlənməsi üçün təmin olunan avadanlıqlar, tullantıların istifadəsi, alternativ və bərpa olunan enerji ilə bağlı təkliflər yer alacaq”.

Ümumilikdə, əsas diqqəti ətraf mühit problemlərinə və onların həlli yollarına cəlb etməklə yanaşı, “СТЕ 2015” sərgisində təbii resursların səmərəli istifadəsi sahəsində ən son məhsullar, sülb (bərk) tullantıların toplanması və utilizasiyası sistemləri, alternativ energetika üzrə müasir avadanlıq nümunələri və digər məhsullar nümayiş olunacaq. Bundan başqa, SOCAR və “BP” kimi neft şirkətləri suyun / torpağın təmizlənməsi və zəhərli tullantıların idarə edilməsi üzrə texnologiyaları təqdim edəcəklər. Həmçinin, bu il sərgi çərçivəsində “Yaşıllaşdırma, Landşaft dizaynı və Bağ texnikası” adlı yeni sektor təqdim olunacaq.

Qeyd edək ki,noyabrın 18-də Bakı Ekspo Mərkəzində başlayacaq sərgi 20-dək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm