Qırmızı.az
Bakıda bu küçə təmirə bağlandı – FOTO
Bakının Nizami rayonunda daha bir küçədə təmir-tikinti işlərinə başlanılıb.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, təmir-tikinti işləri Bəkir Çobanzadə küçəsinin Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələri arasında yerləşən hissəsində aparılır. İşlərinin aparıldığı ərzinin uzunluğu 924 metr, küçənin ortalama eni 15 metrdir.
Təmir-tikinti işləri zamanı küçədə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş mövcud yağış-kanalizasiya sistemi yenilənəcək, zəruri olan yerlərdə yeni yağış barmaqlıqları qoyulacaq, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenilənəcək. Yeraltı kommunikasiya xətləri (qaz, su, istilik, elektrik, rabitə ) yolun hərəkət hissəsindən kənara köçürüləcək.
Piyadaların da rahatlığı nəzərə alınaraq təmir işləri çərçivəsində yol boyu hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkiləri yaradılır. Səkilərin kənarlarına 1800 poqonmetrə yaxın yeni səki daşları düzülür.
Həmçinin, Bəkir Çobanzadə küçəsində yolun hərəkət hissəsinin müəyyən ərazilərdə genişləndirilməsi işləri aparılacaq. Nəticədə yolun hərəkət hissəsi 5 metrə yaxın genişləndiriləcək.
Müntəzəm sərnişin daşımaları ilə məşğul olan avtobuslar üçün təmir işlərinin aparıldığı ərazidə 2 ədəd xüsusi “cib”li dayanacaq da qurulacaq.
Gülnar Əliyeva
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq