Şaxtaya düşən qıza görə cinayət işi açıldı
Bizi izləyin

Qırmızı.az

Şaxtaya düşən qıza görə cinayət işi açıldı

Dekabrın 17-də saat 11 radələrində 1998-ci il təvəllüdlü, 1 saylı Bakı Tibb Kollecinin tələbəsi Esmira Əhmədova Səhiyyə Nazirliyinin paytaxtın Yasamal rayonunda yerləşən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin inzibati binasının 9-cu mərtəbəsindən yük liftinin şaxtasına yıxılaraq 1-ci mərtəbədə dayanmış vəziyyətdə olan liftin üzərinə düşüb.

Baş Prokurorluqdan Publika.az-a verilən məlumata görə, E.Əhmədova aldığı xəsarətlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm