Qənirə Paşayeva da Ataşovanı müdafiə etdi
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva da Ataşovanı müdafiə etdi

ANS telekanalının Vaşinqton müxbiri Qənirə Ataşovanın Dövlət Departamentindəki brifinq zamanı ingiliscə sualı səlis verə bilməməsi ətrafında müzakirələr davam edir.

Məsələyə Milli Məclisin üzvü, ANS-in keçmiş əməkdaşı Qənirə Paşayeva da münasibət bildirib. O, Qənirə Ataşovaya qarşı tənqid kampaniyasını pisləyib.

"Hər bir insanı tənqid etmək olar amma beldən aşağı zərbələr, məsxərə, lağlağı doğru deyil. Qənirə Ataşova bir azərbaycanlı xanımdır və yaxşı jurnalistlərimizdən biridir. Ona qarşı sosial şəbəkələrdə aparılan təbliğatı doğru hesab etmirəm. Bu həyatda heç kəs xətasız deyil bunu hər birimiz yaxşı anlamalıyıq. Və inanıram ki, Qənirə Ataşova jurnalistikanı öyrəndiyi kimi ingilis dilini də yaxşı öyrənəcək. Biz bir millətin övladlarıyıq, səhvlərimiz olduğunda bir-birimizi sağlam tənqid etməliyik amma kin, nifrət qusaraq,aşağılayaraq, beldən aşağı zərbələr vurub məsxərəyə qoyaraq deyil. Bu cür addımlarımızla həmin insana qarşı nə qədər ağır psixoloji zərbələr vurduğumuzu unutmamalıyıq. Təkrar edirəm həyatda səhvsiz, xətasız insan yoxdur. Varsa məhşur hikmətdə deyildiyi kimi buyursun ilk daşı o atsın..."

Oxumağa davam et
Reklam
Reklam

Gündəm