TQDK imtahan nəticələrini açıqladı
Bizi izləyin

Qırmızı.az

TQDK imtahan nəticələrini açıqladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dekabrın 5-də keçirilmiş SAT imtahanının nəticələri açıqlayıb.

TQDK-dan Publika.az-a verilən məlumata görə, imtahanda iştirak etmiş şəxslər aşağıda təqdim olunmuş linkdən (https://sat.collegeboard.org/scores) istifadə etməklə şəxsi hesabına daxil olaraq imtahan nəticələrini öyrənə bilərlər Xatırladırıq ki, 2016-cı il yanvar ayının 23-də keçiriləcək növbəti SAT imtahanına qeydiyyat davam edir.

SAT I (Scholastic Aptitude/Assessment Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi, SAT II (SAT Subject) isə müxtəlif məktəb fənləri üzrə bilik və bacarıqlarını yoxlayan standartlaşdırılmış, yararlılıq müddəti 5 il olan test imtahanlarıdır. Hər il bu imtahanlarda iki milyondan artıq şəxs iştirak edir.

SAT imtahanının nəticəsi beynəlxalq səviyyədə tanınmaqla, ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul prosesində məktəb məzunlarının ali təhsil almağa hazırlığını qiymətləndirməyə imkan verən obyektiv imtahan göstəricisi kimi qəbul olunur. SAT imtahanının nəticəsi ali təhsil ocaqlarının qəbul komissiyaları üçün müraciət edən məktəb məzunlarını eyni şkala üzrə müqayisə etməyə imkan verir, həmçinin onlara təqaüd verilməsi qərarlarını müəyyən etməkdə əsaslı mənbə hesab olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm