Qırmızı.az
Bakıda atışma olub, ölən var - Yeniləndi
SİLAHLI İNSİDENTİ TÖRƏDƏN ŞƏXSİN KİMLİYİ BƏLLİ
OLUB
Zabratda silahlı insident zamanı ölənin kimliyi açıqlanıb. Hadisə
zamanı ov tüfəngindən açılan atəşlə 1994-cü il təvəllüdlü Yaqub
Musayevi ölüb, 1991-ci il təvəllüdlü Pərvin Mehdiyev isə
yaralanıb.
Bunu Sabunçu rayon 15-ci polis bölməsinin rəisi Seyidağa Cəbrayılov
AzadlıqRadiosuna bildirib. Seyidağa Cəbrayılov hadisəni Kamil
Fərəcovun törətdiyini bildirib:
“Ölən Yaqub Musayevin atası 2012-ci ildə Kamil Fərəcovun qardaşını
öldürüb. Buna görə də, ilkin ehtimal olaraq hadisənin qisas
zəmnində baş verdiyini düşünürük”.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır
12:23 - BAKIDA SİLAHLI İNSİDENT OLUB, BİR NƏFƏR
ÖLÜB
Hadisə bu gün Zabrat qəsəbəsi, 307 saylı orta məktəbin qarşısında
baş verib. Naməlum şəxs iki kişini güllələyib. Hadisə yerinə polis
və prokurorluq əməkdaşları gəlib. Hazırda hadisə yeri müayinə
olunur.
Güllələnənlərdən birinin hadisə yerində keçindiyi bildirilir.
Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi AzadlıqRadiosuna
faktı təsdiqləyib.
Hadisə ilə bağlı ətraflı məlumat verəcəyik
Bu gün səhər saatlarında Bakıda atışma olub. Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsindən ANS PRESS-ə verilən məlumata görə, silahlı insident səhər saat 11-radələrində qeydə alınıb.
Zabrat qəsəbəsi, 307 saylı orta məktəbin qarşısında qeydə alınan atışma zamanı bir nəfər ölüb. Bu 1994-cü il təvəllüdlü Musayev Yaqub Rabil oğludur.
Hadisə zamanı 1991-ci il təvəllüdlü Mehdiyev Pərvin Cabir oğlu isə yaralanıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, hadisə qisas zəminində törədilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.
Hadisəni törədən şəxsin kimliyi isə hələlik məlum deyil.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi