Hərbi attaşelərlə ilə görüş keçirilib - FOTO
Bizi izləyin

Qırmızı.az

Hərbi attaşelərlə ilə görüş keçirilib - FOTO

Xarici dövlətlərin Azərbaycan Respublikasındakı səfirlikləri nəzdində fəaliyyət göstərən 15 ölkənin hərbi attaşesi və Hərbi Attaşelik aparatlarının nümayəndələri Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin yeni binası ilə tanış olublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, qonaqlar ümummilli liderimiz Heydər Əliyevin zəngin həyat yolu, dövlətçilik fəaliyyətini əks etdirən xatirə zalını ziyarət edib, Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasətini əks etdirən stendlərlə tanış olublar. Onlara Azərbaycanın tarixi, dövlət rəmzləri və atributları haqqında ətraflı məlumat verilib.

Hərbi əməkdaşlıq çərçivəsində danışıqların keçirildiyi görüş otaqları, müxtəlif tədbirlərin təşkili üçün müasir texniki vasitələrlə təchiz olunmuş sinif və konfrans zalları qonaqlara təqdim edilib.

Görüşün proqramına əsasən, qonaqlara idarənin yerləşdiyi hərbi şəhərciyin yaranma tarixi barədə məlumat verilib və 2016-cı il ərzində hərbi əməkdaşlıq sahəsində nəzərdə tutulan tədbirlər planı təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm