Qırmızı.az
Metrodakı sahibkarların köçürülməsində yeni problem
"Metropoliten ərazisində satışla məşğul olan ticarətçilərin müvafiq bazarlarda yerləşdirilməsi davam edir. Lakin proses tam başa çatmadığına görə, neçə sahibkarın köçürülməsi barədə dəqiq fikir deyə bilmirik".
Bunu Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov Publika.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bütün sahibkarlar müəyyən ərazidə məskunlaşıb fəaliyyət göstərir. Sahibkarlar İcra hakimiyyətinin təklifindən tamamilə imtina etdikdən sonra prosesi başa çatmış hesab edəcəyik.
“Bu asanlıqla başa çatacaq proses deyil. Bəzi sahibkarlar həmin obyektlərə getməkdən imtina edir. Bəziləri başqa yerlərdə satış üçün yer tapıb, bir qisim isə təkliflə razılaşmır, yer də tapmayıb. Heç kimi məcburi qaydada yerləşdirə bilmərik. Bir ay sonra da kimsə, müraciət etsə yerləşdirə biləcəyik. Artıq narazılıq olmayanda biz də məsələni həll olunmuş hesab edəcəyik. Sahibkarları da qınamaq olmur, çünki onlar köçürdüyümüz ərazilərdə metrodakı qızğın alver mühitinin olmaması ilə əlaqədardır. İstənilən halda, biz onların sonuncu cavabını gözləyirik.
Bundan başqa, təyin olunan yerlərdə Metropoliten ərazisində fəaliyyət göstərməyən sahibkarlar müəyyən edilmiş bazar rəhbərlərinə müraciət edirlər. Bununla həm yerlərdə məhdudluq yaranır, həm də metropolitendəki sahibkarların hüquqları pozulur. Buna görə də məsələni diqqətdə saxlayacağıq. Həmin yerlərdə fəaliyyət göstərmək istəyən sahibkarlar İcra Hakimiyyətinin Ticarət Departamentinə müraciət etməlidirlər”.
Qeyd edək ki, Bakı Metropoliteni İdarəsinin bütün stansiyalarında 1194 ticarət köşkü sökülüb. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin ticarət obyektləri "Amay" Ticarət Mərkəzində, "Günəşli" Ticarət Mərkəzində, "Keşlə" bazarında və "Şərq" bazarında yerləşdiriləcəyi bildirilib.
Gülxar
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...