Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluq tədbirlər planı imzaladı
Bizi izləyin

Qırmızı.az

Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluq tədbirlər planı imzaladı

Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu birgə tədbirlər planı imzalayıb.

Publika.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, 2016-cı ildə Silahlı Qüvvələrdə hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb.

Plana əsasən keçirilməsi nəzərdə tutulan tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyən edilib.

İl ərzində birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində müxtəlif kateqoriyalardan olan hərbi qulluqçularla nəzərdə tutulan görüşlərdə şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunan tədbirlər və digər fəaliyyətlər həyata keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm