Rabitə Nazirliyinə yeni aparat rəhbəri təyin olundu
Bizi izləyin

Qırmızı.az

Rabitə Nazirliyinə yeni aparat rəhbəri təyin olundu

Əli İzzət oğlu Abdullayev Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yeni aparat rəhbəri təyin olunub.

Virtualaz.az org saytının əldə etdiyi məlumata görə, Əli Abdullayev 2009-cu ildən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi yanında İxtisaslaşdırılmış Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifəsində işləyib, əslən Cəlilabad rayonundandır. Atası İzzət Abdullayev ötən əsrin 70-ci illərində Cəlilabad Rayon İcraiyyə Komitəsinə rəhbərlik etmişdir. Sonralar Biləsuvar və Cəlilabad rayonlarında suvarma idarələrinin rəisi, Meliorasiya və Su Təsərrüfatı Komitəsində məsul vəzifədə işləyib. Respublikanın əməkdar mühəndisidir.

Xatırladaq ki, nazirliyin əvvəlki aparat rəhbəri Vidadi Zeynalov “MTN işi” ilə əlaqədar ötən ilin oktyabr ayının 27-də həbs olunub və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm