ATU “Det- Al Alüminium” kompleksinin istehsalat tapşırıqlarını layihələndirəcək
Bizi izləyin

Qırmızı.az

ATU “Det- Al Alüminium” kompleksinin istehsalat tapşırıqlarını layihələndirəcək

Azərbaycan Texnologiya Universiteti ilə (ATU) “Det- Al Alüminium” MMC arasında əməkdaşlıq sazişi imzalanıb. Saziş “Det- Al Alüminium” kompleksinin zavodlarında istehsalat prosesi zamanı meydana çıxan nöqsanların ATU-nun alimləri tərəfindən araşdırılması və həllinin tapılmasını nəzərdə tutur.

Sazişin imzalanması məqsədilə ATU-da keçirilən görüşdə universitetin rektoru professor Akif Süleymanov deyib ki, rəhbərlik etdiyi ali təhsil ocağı sənaye müəssisələri ilə əməkdaşlıqda hər zaman maraqlı olub.

Rektor bildirib ki, bu cür əməkdaşlıq hər iki tərəf üçün faydalı ola bilər. O cümlədən, “Det- Al Alüminium” kompleksində istehsalat proseslərinin təkmilləşdirilməsində ATU-nun metallurgiya üzrə ixtisaslaşmış alimlərinin iştirakı müəssisənin daha da inkişafına zəmin yarada bilər. Kompleksin ATU-da təcrübə sexinin yaradılması və burada istehsalat prosesinin müəyyən hissəsinin həyata keçirilməsi isə müvafiq sahə üzrə hazırlanan mütəxəssislərin gələcək karyerasına müsbət təsir göstərər.

“Det- Al Alüminium” MMC-nin icraçı direktoru Yalçın Camalov isə bu təkliflərin təmsil etdiyi istehsalat müəssisəsi üçün maraqlı və faydalı olduğunu bildirib. O, qeyd edib ki, hazırda “Det- Al Alüminium” kompleksinin üzləşdiyi ən ciddi problemlərdən biri yaxşı mütəxəssis tapmaqdır. Bu problemin həlli isə sənaye müəssisələrinin ali təhsil ocaqlarında kadr hazırlığı işində birbaşa iştirak etməsi ola bilər. Bu baxımdan “Det- Al Alüminium” MMC ATU ilə müxtəlif istiqamətlərdə əməkdaşlığa əhəmiyyət verir.

Sonra əməkdaşlığın ilkin addımlarından biri kimi ATU ilə “Det- Al Alüminium” MMC arasında saziş imzalanıb. Saziş “Det- Al Alüminium” kompleksinin zavodlarında istehsalat prosesi zamanı müasir fasiləsiz tökmə maşınlarında alüminium ərintilərindən lövhələr hazırlayarkən kristallaşma zonasında eninə kəsiklər boyunca maye alüminiumun temperaturunun bərabər paylanmasını təmin edən kristallaşdırıcının layihələndirilməsini nəzərdə tutur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm