
Bu il fevralın 23-də Azərbaycanda ilk çərşənbə (su çərşənbəsi) qeyd olunacaq.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan
Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru
şöbəsinin əməkdaşı Atəş Əhmədli məlumat verib.
O, Novruz bayramından əvvəl qeyd olunan çərşənbələrin Su , Od, Yel,
Torpaq ardıcıllığı ilə olduğunu bildirib:
“Baxmayaraq ki, bölgələrə görə çərşənbələrin ardıcıllığı dəyişir. Bəzi bölgələrdə torpaq , bəzilərində yel üçüncü olur. Bu fikir ayrılığı həmin bölgələrin təsərrüfat həyatı, təbii şəraiti ilə bağlı olan məsələdir”.
Qeyd edək ki, martın 16-da sonuncu - torpaq çərşənbəsidir.
Rübabə