Azərbaycanın diaspor fəalı İstanbulda intihar etdi
Bizi izləyin

Qırmızı.az

Azərbaycanın diaspor fəalı İstanbulda intihar etdi

İstanbul Türkiyə Azərbaycan Dərnəyinin sədr müavini Abbas Murad Danışmanlı bu gün İstanbulda intihar edib.

Bu barədə APA-ya dərnəyin sədri Səfər Qaraqoyunlu məlumat verib. Onun sözlərinə görə, A. M. Danışmanlı bu gün səhər yeməyini yedikdən sonra özünü 6-cı mərtəbədə yerləşən evinin pəncərəsindən atıb. Hadisə baş verən vaxt onun həyat yoldaşı da evdə olub.

Səfər Qaraqoyunlunun sözlərinə görə, 64 yaşlı Abbas Murad Danışmanlı bir müddətdir, psixoloji problemlərinə görə müalicə alırmış.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm