Bakıda bu küçə bağlıdır
Bizi izləyin

Qırmızı.az

Bakıda bu küçə bağlıdır

Bu il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri aparılır.

Publika.az xəbər verir ki, asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar fevralın 4-ü Zərifə Əliyeva küçəsinin Səməd Vurğun ilə Əziz Əliyev küçələri arasındakı hissəsi bir günlüyünə bağlı olacaq.

Bununla yanaşı, Neftçilər prospektinin Rəsul Rza ilə Əziz Əliyev küçələri arasındakı hissəsində də nəqliyyatın hərəkəti həmin gün tamamilə dayandırılacaq. Buna alternativ olaraq Neftçilər prospektinin Səməd Vurğun ilə Əziz Əliyev küçələri arasındakı hissəsində avtomobillərin hər iki istiqamətdə hərəkəti təşkil olunacaq.

Bundan başqa, fevralın 4-ü axşam saatlarından etibarən Neftçilər prospektinin Bülbül küçəsi ilə kəsişməsindən Azneft dairəsinə qədər olan hissəsi bağlı olacaq. Burada avtomobillərin hərəkətinə qoyulmuş qadağa fevralın 6-ı səhər saatlarınadək davam edəcək.

Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm