Qırmızı.az
Rusiyada “Qarabağ” konfetləri buraxılır - FOTO
Rusiyanın Sibir regionundakı “Sladunitsa” şirniyyat
şirkəti “Qarabağ” adı daşıyan konfetlər istehsal
edir.
Şirkət Rusiyanın Omsk şəhərində qeydiyyatdan keçib.
“Sladunitsa” ASC-nin baş direktoru Yuliya Şestakova, marketinq
xidmətinin rəhbəri isə Anastasiya Perminovadır.
O, şirkətin “Qarabağ” adı altında konfet istehsal etməsinin səbəblərini açıqlayıb. Eyni zamanda, bu işin arxasında ermənilərin dayanıb-dayanmadığına aydınlıq gətirib:
“Konfetlərin “Qarabağ” adı ilə istehsalı marketinq
şöbəsinin ekspertləri tərəfindən irəli sürülüb. Vurğulamaq
istəyirəm ki, məmulatın belə adlandırılması siyasi səbəblərlə bağlı
deyil. Şirkətimiz beyənlxalq siyasətdən tamamilə
uzaqdır”.
Anastasiya Perminova şirkətin sahiblərinin Qazaxıstan vətəndaşı
olan etnik ruslardan ibarət olduğunu və “Sladunitsa” şirkətinin
rəhbərliyində erməni, yaxud azərbaycanlı şəxslərin çalışmadığını
deyib.
Şirkət Rusiyanın 65 subyektində marmelad, şəkərli peçenye, şərq
şirniyyatları və konfeltlər istehsal edir.
“Qarabağ” konfetlərinə gəlincə, 1 kiloqramı 430 rubla (8 manat 70 qəpik) satılan konfetlər şokolad və kakao tərkiblidir. (modern.az)
-
Sosial09:12
Nəsib Quliyevin övladları və xanımı yasda iştirak etmədi - Yasa gələnlər görün nələr danışdı - VİDEO
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ