• USD 1,7000 0,00% EUR 1,8744 0,00%
    • GBP 2,1898 0,00% RUB 0,0266 0,00%

ATU-nun rektoru Tbilisi Açıq Universitetinin fəxri doktoru oldu

ATU-nun rektoru Tbilisi Açıq Universitetinin fəxri doktoru oldu

Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru professor Akif Süleymanova Tbilisi Açıq Universitetinin (TAU) fəxri doktoru diplomu təqdim olunub. Bununla bağlı TAU-da ATU-dan gələn heyətlə görüş keçirilib.

Qonaqları salamlayan TAU-nun rektoru professor Nodar Papukaşvili deyib ki, bir müddət əvvəl ATU ilə təməli atılan əməkdaşlıq böyük perspektivlər vəd edir. Belə ki, iki ali təhsil ocağının birgə elmi seminarlar və beynəlxalq konfranslar keçirməsi, o cümlədən tələbə mübadiləsi məsələsində əlaqələri genişləndirməsi münasibətlərin gələcəkdə daha məshuldar olmasına və universitetlərin inkişafına zəmin yaratmasına imkan verəcək. Nodar Papukaşvili daha sonra iki ali təhsil ocağı arasında əlaqələrin genişləndirilməsi və elmin inkişafına verdiyi töhfələrə görə ATU-rektoru professor Akif Süleymanova Tbilisi Açıq Universitetinin fəxri doktoru adının verilməsi ilə bağlı akademik şuranın qərarını elan edib.

Fəxri doktorluq diplomunun təqdim olunmasına görə minnətdarlıq edən professor Akif Süleymanov deyib ki, bundan sonra da iki universitet arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və səmərəliliyinin artırılması üçün var gücü ilə çalışacaq. O, qeyd edib ki, xarici universitetlərlə əlaqələrin genişləndirilməsinə böyük əhəmiyət verən ATU bu məsələdə qonşu ölkələrin ali təhsil ocaqlarına xüsusi əhəmiyyət verir.

Sonra ATU-nun rektoru professor Akif Süleymanov TAU-nun tələbələri ilə görüşüb. Tələbələr qarşısında çıxış edən professor Akif Süleymanov onların suallarını da cavablandırıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR