“Neftçilər” stansiyasında təmir başladı - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Neftçilər” stansiyasında təmir başladı - FOTOLAR

Metronun “Neftçilər” stansiyasının keçidlərində təmir işlərinə başlanılıb.

Bu barədə Publika.az-a “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, hazırda stansiyanın 2-ci vestibülünün keçidlərinin divarlarında istismar müddətini başa vurmuş örtük sökülür. Yeni layihəyə əsasən, keçidlərin divarlarında stansiyanın adına uyğun mozaik lövhələrin yaradılması nəzərdə tutulub.

"Bu işlər yekunlaşdırıldıqdan sonra birinci vestibülün keçidlərinin təmirinə başlanılacaq. Təmir zamanı sərnişinlərin keçidlərdən istifadə olunmasına hər bir şərait yaradılıb".

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC sədrinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq,“Nizami” stansiyasının qatar yolu divarlarında mərmər örtüyün dəyişdirilməsinə də başlanılıb. 2-ci yolun köhnə mərmər örtüyü artıq sökülüb. Növbəti mərhələdə tor şəbəkə qurulacaq və yeni mərmər təbəqənin yığılmasına başlanılacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm