Ziyafət Əsgərov Məhkəmə-Hüquq Şurasının üzvü olacaq
Bizi izləyin

Qırmızı.az

Ziyafət Əsgərov Məhkəmə-Hüquq Şurasının üzvü olacaq

Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri Ziyafət Əsgərovun namizədliyi Məhkəmə-Hüquq Şurasının (MHŞ) üzvlüyünə irəli sürülüb.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bu barədə parlamentin hazırladığı qərar layihəsində bildirilir.

Qərar layihəsində deyilir: ““Məhkəmə-Hüquq Şurası haqqında” qanunun 6.2.4-cü maddəsinə uyğun olaraq Milli Məclis qərara alır:

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclis sədrinin birinci müavini, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Abbas oğlu Əsgərov Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilsin”.

Qərar layihəsi parlamentin fevralın 23-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bir müddət əvvəl MHŞ üzvlüyündən çıxdığı üçün həmn yer boş qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm