Musiqi məktəbindəki özbaşınalığa İdarədən REAKSİYA
Bizi izləyin

Qırmızı.az

Musiqi məktəbindəki özbaşınalığa İdarədən REAKSİYA

Xətai rayonu, 30 saylı musiqi məktəbində “ölü müəllimlər”in işləməsi barədə ötən gün mətbuatda yayılan məlumata Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi münasibət bildirib.

İdarədən Publika.az-a verilən məlumatda qeyd olunur ki, İdarə musiqi məktəbindəki problemlərdən xəbərdardır:

“Artıq həmin məktəblə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə mətbuata məlumat veriləcək. Bundan başqa, bildiyiniz kimi, Bətulə Məmmədova müvəqqəti olaraq məktəbə rəhbərlik edir. Məktəbə yeni direktor təyin ediləcək”.

Qeyd edək ki, ötən gün 30 saylı musiqi məktəbinin bir qrup müəllimi mətbuata müraciət edərək son iki ayda kollektivə rəhbərlik edən Bətulə Məmmədovadan narazı olduqlarını bildirmişdilər. Müraciətdə kollektivin əvvəlki direktorlarla elə ciddi problemi olmadığı bildirilir. B.Məmmədovanın kobud davrandığını deyən müəllimlərin sözlərinə görə, məktəbdə doqquz müəllimin adı siyahıda getsə də, onların üzünü görən olmayıb. Onların maaş kartları da Bətulə Məmmədovada idi. İddiaya görə, indiyə kimi məktəbdə 7 min yeyinti olub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm