Qırmızı.az
Məleykə Abbaszadədən Elnur Nağızadə ilə bağlı AÇIQLAMA
“Mən Elnur Nağızadənin fəaliyyətinə münasibətimi hələ
ötən ilin noyabrında bildirmişəm və onu işdən azad
etmişəm".
Bu sözləri fevralın 19-da Şamaxı rayonunda vətəndaşları qəbul
edən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə
Abbaszadə APA-ya açıqlamasında deyib.
M. Abbaszadə bildirib ki, Elnur Nağızadə əmək məzuniyyətindən
qayıtdıqdan sonra işdən çıxarılıb: “Bu ilin yanvarında isə iki
nəfər onunla bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət
edib. Biz xidməti araşdırma aparmışdıq. Həmin şikayətlərin TQDK-nın
fəaliyyətinə heç bir aidiyyəti yoxdur”.
M. Abbaszadə bildirib ki, E. Nağızadə ilə bağlı sənədlər
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə
Komissiyaya göndərilib: "Onunla bağlı bütün sənədləri Korrupsiyaya
qarşı Mübarizə üzrə Komissiyaya göndərmişik. Biz TQDK olaraq
maraqlıyıq ki, onun qanuni və ya qeyri-qanuni fəaliyyəti ilə bağlı
məsələlər araşdırılsın. Lakin Elnur Nağızadənin fəaliyyəti TQDK-nın
işinə, komissiyanın daxilindəki proseslərə heç bir təsir
göstərməyib. Bilirsiniz ki, o yalnız komissiyanın mətbuat katibi
olub”.
Qeyd edək ki, bir neçə gün öncə yayılan məlumata görə, Bakı
şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov hüquq-mühafizə
orqanlarına verdikləri şikayət ərizələrində 2015-ci ilin avqust
ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları
verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və
pullarını geri ala bilmədiklərini vurğulayıblar. Faktla bağlı
hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
E. Nağızadə isə hazırda xaricdə olduğunu deyərək, bütün
ittihamları rədd edib.
Qeyd edək ki, Elnur Nağızadə 2005-ci ildən TQDK-da çalışıb.
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı