Saytlar fəaliyyətini bərpa etdi (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Saytlar fəaliyyətini bərpa etdi (YENİLƏNİB)

Publika.az xəbər verir ki, dövlət qurumlarına məxsus saytlar artıq işini bərpa edib.

Bir neçə saatdır ki, saytlara giriş dayansa da, problem həllini tapıb.

***

Azərbaycanda dövlət idarələrinə məxsus saytlar müvəqqəti olaraq işini dayandırıb.

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Kompüter insidentlərinə qarşı mübarizə mərkəzindən (CERT) Trend-ə verilən məlumata görə, Azərbaycanın dövlət idarələrinə məxsus saytların işində yaranmış müvəqqəti problem aparılan profilaktik işlərlə əlaqəlidir.

Mərkəzdən əlavə ediblər ki, yaxın dəqiqələrdə saytlar işini bərpa edəcək.

***

Bu dəqiqələrdə bir sıra dövlət qurumları və xəbər saytlarına girişdə problem yaranıb.

Publika.az xəbər verir ki, Baş Prokurorluq, Müdafiə, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə, Təhsil, Kənd Təsərrüfatı, İqtisadiyyat, Maliyyə nazirlikləri, Dövlət Gömrük Komitəsi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, AZƏRTAC agentliyinin saytlarına girişdə problemlər var.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Publika.az-a bildirilib ki, bu problemdən xəbərdardırlar. Problemin səbəbi müəyyənləşdirilir və aradan qaldırılması üçün lazımi tədbirlər görülür.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm