Fond jurnalistlər üçün müsabiqə keçirir
Bizi izləyin

Qırmızı.az

Fond jurnalistlər üçün müsabiqə keçirir

Dövlət Sosial Müdafiə Fondu (DSMF) ölkəmizdə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü işlərin, həmçinin sığorta-pensiya sistemində aparılan islahatların Kütləvi İnformasiya Vasitələrində (KİV) daha geniş işıqlandırılmasının təmin olunması məqsədilə “Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi xüsusi diqqət mərkəzindədir” mövzusunda müsabiqə elan edir.

Publika.az DSMF-nin ictimaiyyətlə əlaqələr sektoruna istinadən xəbər verir ki, müsabiqəyə fevralın 23-dən martın 23-dək mövzu üzrə qəzet və jurnallarda, saytlarda çap edilmiş analitik məqalələr, radio və televiziyada yayımlanmış verilişlər, süjetlər təqdim olunmalıdır.

Məqalələr 5 min işarədən, radio və televiziya verilişləri, süjetlər isə 5 dəqiqədən (müsabiqə dövründə ayrı-ayrı vaxtlarda verilmiş və ümumilikdə 5 dəqiqədən az olmayan telesüjetlər də təqdim oluna bilər) az olmamalıdır. Materiallar martın 23-dən gec olmayaraq, hansı qəzet və jurnalda, saytda dərc olunduğu, radio və televiziya kanalında nümayiş etdirildiyi (tarix və nömrəsi) göstərilməklə Dövlət Sosial Müdafiə Fondunun aparıcı mütəxəssislərindən ibarət yaradılmış Komissiyaya təqdim edilməlidir.

Müsabiqənin yekunlarına görə ən yaxşı məqalələrin və teleradio materiallarının müəllifləri 2 nominasiya üzrə aşağıdakı qaydada mükafatlandırılacaqlar:

Qəzet və jurnallarda, saytlarda dərc olunmuş ən yaxşı məqalələr üzrə:

1-ci yer – 800 manat;

2-ci yer – hər biri 500 manat olmaqla iki yer;

3-cü yer – hər biri 300 manat olmaqla üç yer.

Televiziya və radio kanallarında verilmiş ən yaxşı teleradio verilişləri və telesüjetlər üzrə:

1-ci yer – 800 manat;

2-ci yer – hər biri 500 manat olmaqla iki yer;

3-cü yer – hər biri 300 manat olmaqla iki yer.

Hər iki nominasiya üzrə ümumilikdə 15 həvəsləndirici mükafat - cəmi 1500 manat məbləğindədir.

Eyni zamanda bildiririk ki, komissiyaya Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Zakir Babayev rəhbərlik edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm