Qırmızı.az
Bir sıra təhsil müəssisələri əsaslı təmir olunacaq
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən paytaxtın Qaradağ rayonunda bir sıra təhsil müəssisələrinin inşası və əsaslı təmiri işləri aparılacaq.
Rayon icra hakimiyyətindən bildiriblər ki, bu illər ərzində Lökbatan qəsəbəsindəki 960 şagird yerlik yeni məktəb binasının və Qızıldaş qəsəbəsinin Şonqar yaşayış massivində 196 yerlik ümumi orta məktəb binasının tikintisi planlaşdırılır.
Dövlət Proqramında məktəbəqədər tədris müəssisələrinin təmiri də
öz əksini tapmışdır. Belə ki, Müşfiqabad qəsəbəsindəki 286 nömrəli
körpələr evi-uşaq bağçası, Lökbatan qəsəbəsində “Çiçək” körpələr
evi-uşaq bağçası, eləcə də, Sahil qəsəbəsində yerləşən “Qaranquş”
körpələr evi-uşaq bağçası əsaslı təmir olunacaqdır.
Bundan əlavə, rayonun Qobustan qəsəbəsindəki “Gəlincik” körpələr
evi-uşaq bağçasının yerində 80 yerlik yeni binanın tikintisi və
“Şəngülüm” körpələr evi-uşaq bağçasının əsaslı təmiri nəzərdə
tutulmuşdur. /Azərtac/
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO