Qırmızı.az
31 Mart Dünya Azərbaycanlıları Soyqırımı İstanbulda anıldı - Video
İstanbulun Beykent Universitetində 31 mart soyqırım günü anılıb.
Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatı Türkiyə
təmsilçisinin təşkilatçılığı, Beykent Universiteti Beynəlxalq
Əlaqələr Klubunun dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan millət
vəkili Sabir Rüstəmxanlı, İstanbuldakı konsulumuz Kənan Murtuzov,
Beykent Universitetininin müəllimi Muzaffer Ürekli və DAK Gənclər
Təşkilatı Türkiyə təmsilçisi Ərtoğrul Cahandar çixiş
ediblər.
Ə. Cahandar bildirib ki, 31 mart 1918-ci ildə ermənilər başda
Bakı olmaqla Şamaxı, Quba, Kürdəmir, Salyan və Lənkəran
rayonlarında bşyük soyqırım həyata keçiriblər: “Sadəcə Bakıda 12000
türk öldürülüb. Azərbaycanda martdan başlayan soyqırım sentyabr
ayına qədər davam edib və Nuru Paşa komandanlığındakı Qafqaz İslam
Ordusunun vəziyyətə müdaxiləsinə qədər davam edib. Bu qətliamlarda
bütünlükdə 50 min Azərbaycan türkü öldürülüb. Bu gün 31 Mart
1998-ci ildən etibarən Dünya Azərbaycanlılarının soyqırım günü kimi
anılır”.
Ə. Cahandar çıxışında gəncləri tariximizi unutmamağa çağırıb:
”Bizlər nə qədər tariximizə, keçmişimizə dəyər versək, hər kəs də
bizə dəyər verəcək.
200-ə qədər iştirakçının olduğu (ictimai xadimlər, professorlar,
tələbələr və İstanbulda yaşayan azəybaycanlılar) tədbirdə millət
vəkili Sabir Rüstəmxanlı tələbələrə imzalı ‘’Difai fədailəri’’
kitabını hədiyyə edib.
Publika.Az
-
Hadisə15:00
Kəlbəcərdə dəhşətli hadisə: ölən var
-
Pul14:40
Bu qərar mayın 2-dən qüvvəyə minir: Kredit faizləri azalacaq?
-
ABŞ14:05
ABŞ-dan gözlənilməz açıqlama: Rusiya ilə müharibə...
-
Cənubi Qafqaz13:01
Paşinyan sərhədimizə ordu göndərdi: Səhər saatlarında hərəkətə keçiblər
-
Sosial12:38
Ramin Məmmədov deputat mandatından məhrum edilir
-
Rəsmi xronika12:05
İlham Əliyev qəbul keçirdi
-
Rəsmi xronika11:10
Biz buna imkan verə bilmərik - Prezident
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO