Tanınmış dramaturq tələbələrlə görüşdü – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Tanınmış dramaturq tələbələrlə görüşdü – FOTOLAR

Qafqaz Universitetində pedaqoji elmlər doktoru, professor, nasir və dramaturq Ağarəhim Rəhimovun tələbələrlə görüşü keçirilib.

Qafqaz Universitetindən Publika.az-a verilən məlumata görə, tədbiri Qafqaz Universiteti İbtidai sinif müəllimliyi bölməsinin müdiri, professor Əjdər Ağayev açaraq qonağı səmimi qəlbdən salamlayıb.

Nasirin yaradıcılığına nəzər salan professor bildirib ki, Ağarəhim Rəhimovun əsərləri müasir Azərbaycan ədəbiyyatının zənginləşməsində xüsusi əhəmiyyətə malikdir. Onun istər pedaqoq alim kimi, istərsə də yazıçı kimi çoxşaxəli fəaliyyəti indiki gənc nəslin mənəvi dəyərlərinin inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə xidmət edir.

Daha sonra professor Ağarəhim Rəhimov yaradıcılığının başladığı dövrdən bu günə kimi keçdiyi həyat yolu haqqında tələbələrə ətraflı məlumat verib. Bildirib ki, yaşlı nəslin nümayəndəsi olmasına baxmayaraq, hər zaman gənclərlə görüşür və onlarla ünsiyyət saxlayır.

Professor deyib ki, əxlaq və mənəviyyat fəlsəfi problem olsa da, onu izah etmək, gənclərə çatdırmaq, əlbəttə, pedaqoqların başlıca vəzifəsidir.

A.Rəhimov etik fəlsəfə sahəsində “Allahla ünsiyyət”, “Ölüm və ölməzlik”, “Zəka simfoniyası”, “Düşüncələr”, “Qüdrətdən doğan nur” kitabları və fəlsəfi-əxlaqı əsərləri haqqında dərin məzmunda çıxış edərək yaradıcılıq fəaliyyətini ətraflı şəkildə tələbələrin nəzərinə çatdırıb.

Professor qeyd edib ki, "Canavar balası", "Qırmızı qar" əsrləri xalqımızın tarixində dərin iz buraxan Qarabağ münaqişəsinə həsr olunub, kino ssenariləri əsasında bədii televiziya filmləri çəkilib və bir çox pyesləri tamaşaya qoyulub.

Tələbələrin çoxsaylı suallarına cavab verən dramaturq sonda Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniçə və tədbirin təşkilatçılarına dərin təşəkkürünü bildirib.

Universitet tərəfindən qonağa hədiyyələr təqdim edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm