Baş nazirin müavini dərmanların qiymətindən danışdı
Bizi izləyin

Qırmızı.az

Baş nazirin müavini dərmanların qiymətindən danışdı

“Dərmanların əlavə dəyər vergisindən azad edilməsi barədə düşünmək lazımdır”.

Publika.az-ın məlumatına görə, bu sözləri Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı müvafiq təklif var və onun üzərində işlənilməlidir.

Ə.Əhmədov deyib ki, dərmanların əlavə dəyər vergisindən azad olunması məsələsi büdcədən asılıdır: “Baxaq görək bu nə dərəcədə büdcənin üzərinə yük kimi qoyula biləcək. Ona görə də, bu təklif diqqətdədir, bunun üzərində iş gedir. Əgər bu, büdcəyə xüsusi problem yaratmayacaqsa, müsbət həll etmək mümkündür. Amma indidən qəti bir söz demək çətindir. Bunun üzərində işlənilir”.

Ə.Əhmədov bildirib ki, dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı görülən işlər öz nəticəsini verməkdədir.

Onun sözlərinə görə, bir sıra dərmanlar var ki, onların qiymətlərinin müəyyənləşdirilməsi ilə əlaqədar işlər davam etdirilir: “Çünki bu, böyük həcmli bir işdir. Bu işi çox qısa zamanda həyata keçirmək fiziki cəhətdən mümkün deyil. Güman edirəm ki, artıq dərman bazarında bir sabitləşmə özünü göstərməkdədir”.

Ə.Əhmədov deyib ki, bundan sonra da proses davam edəcək: “Ən başlıcası odur ki, Azərbaycanda dərman bazarında nizam-intizam yaradılıb. Vaxtilə dərmanların qiymətləri süni surətdə şişirdilirdi. Bunun qarşısı alınıb və güman edirəm ki, bundan sonra da biz bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Hesab edirəm ki, Azərbaycan vətəndaşlarının ailə büdcəsi, xüsusilə yaşlı insanların ailə büdcəsi bundan xeyli xeyir görüb”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm